Rusiya Berluskoninin dəfninə dəvət olunmayıb

rusiya-berluskoninin-defnine-devet-olunmayib
Oxunma sayı: 1560

Rusiya İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin dəfn mərasiminə dəvət edilməyib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov açıqlayıb. 

O, Putinin Berluskoninin vəfatı ilə bağlı İtaliya rəhbərliyinə başsağlığı verdiyini xatırladıb. 

Xatırladaq ki, Silvio Berluskoni iyunun 12-si 87 yaşında dünyasını dəyişib. Sabiq Baş nazirin dəfn mərasimi bu gün Milanda keçirilir.