“Rusiya bizə vəd etdiyi və pulunu ödədiyimiz silahları verməyib”

rusiya-bize-ved-etdiyi-ve-pulunu-odediyimiz-silahlari-vermeyib
Oxunma sayı: 4512

“Rusiya bizə vəd etdiyi və pulunu ödədiyimiz silahları verməyib”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN başçısının müavini Mnatsakan Safaryan bildirib.

“Silahlar həqiqətən Ermənistana gəlib çıxmadı, ona görə ödəniş edilmişdi. Bunun üzərində iş satınalma müqaviləsinin müddəaları əsasında aparılır”, - o deyib.

Safaryan tədarükün gecikməsinin səbəbləri ilə bağlı sualları cavablandırmayıb, məsələni müvafiq qurumla (Müdafiə Nazirliyi-red.) aydınlaşdırmağa çağırıb.

Həmçinin oxuyun: В Баку идёт сильный дождь - Видео