“Rusiya bizi çaş-baş salmışdı” - Luka Modriç

rusiya-bizi-cas-bas-salmisdi
Oxunma sayı: 3626

Xorvatiya millisinin kapitanı Luka Modriç DÇ-2018-in ¼ final mərhələsində Rusiyanı məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Keçirdiyiniz bu əla oyunlardan sonra “Qızıl top”u ala bilərsiniz?

- İndi bunu düşünmürəm. Mənim üçün vacib olan komandamın qələbəsidir. Artıq yarımfinalda oynayacaq bir komandayıq. Lakin bundan daha çoxunu əldə edə bilərik. Şəxsi mükafatlar mənim üçün əhəmiyyətli deyil. DÇ-də medal qazanmaq istəyirik. Hansı rəng olacağını isə görəcəyik.

- Rusiya millisi sizi təəccübləndirdimi?

- Haqlısız. Xüsusən matçın ilk yarısında əla oynadılar. Bizi çaş-baş salmışdılar. Onlar meydanda çox hərəkət edirdi və bizə mane olurdular. Oyunu uzun ötürmələrə keçirmək istədik, amma bu da çətin başa gələcəkdi. Lakin ikinci yarıda üstünlüyü qazandıq. Sonra isə hamınız gördünüz.

- Əlavə vaxtda vurduğunuz qoldan sonra hesabı qoruya bilmədiniz. Gücünüz tükənmişdi?

- Əlbəttə ki, elə vaxtda hesabı qorumaq çətindir. Bəzi zədəli oyunçularımız oldu, dəyişdirdik. Düşünürəm ki, oyunu əlavə vaxtda həll etməli idik. Amma penaltilərə qədər uzandı. Biz bir yumruq kimi birləşdik. Lakin konsentrasiyanı sona qədər qorumadıq. Bəlkə də komanda yoldaşlarım həqiqətən tükənmişdi. Rusiyaya bərabərlik qolunu vurmağa imkan verməməli idik. Normal vaxtın ikinci hissəsini əla keçirmişdik. 6 gündə ikinci dəfə 120 dəqiqəlik oyun keçirdik. Buna görə də çətinlik çəkə bilərdik. İradəmizi gösərdik və Subaşiçin oyununu xüsusi qeyd edərdim.