Rusiya BMT-yə 1,5 milyon dollar ödəyəcək

rusiya-bmt-ye-15-milyon-dollar-odeyecek
Oxunma sayı: 1046

Rusiya hökuməti Birləşmiş Millətlər Təşkilatının büdcəsinə 1,5 milyon dollar ayırmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks” müvafiq sənədə istinadən məlumat yayıb. 

Bildirilir ki, bu, 2022-2025-ci illər arasında BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentində işləmək üçün Rusiya nümayəndəsinin göndərilməsini təmin etmək üçün ediləcək.

Sənəddə deyilir ki, bu idarənin büdcəsinə aşağıdakı töhfələr veriləcək: 2022-ci ildə - 400 min ABŞ dolları məbləğində, 2023-cü ildə - 374 min dollar məbləğində, 2024-cü ildə - 390 min dollar məbləğində və 2025-ci ildə - 408 min dollar məbləğində.