Rusiya Bolqarıstanın iki diplomatını ölkədən çıxarır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Onların ölkəni tərk etmələri üçün 72 saat vaxtları olduğu bildirilib.
Nazirlik bunun rəsmi Sofiyanın Rusiya səfirliyinin iki işçisini “persona non grata” elan etməsinə cavab addımı olaraq atıldığını bildirib.
“20 aprel tarixində Bolqarıstan səfiri Atanus Kristin Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və burada ona Bolqarıstanın Rusiyadakı səfirliyi konsulluq xidmətinin birinci katibi N. Panayotov və ticarət və iqtisadi məsələlər üzrə xidmətinin birinci katibi Ç.Xristozovanın arzuolunmaz şəxs elan edilməsi ilə bağlı nota təqdim edilib”,- deyə Rusiya XİN-in açıqlamasında qeyd olunub.
Xatırladaq ki, Bolqarıstan Baş Prokurorluğu daha əvvəl Moskvanın xeyrinə casusluq etməkdə şübhəli bilinən bir qrup şəxsə qarşı məhkəmə istintaqının başladığını elan etmişdi. İddiaya görə, sözügedən rusiyalı diplomatlar “razılaşdırılmamış kəşfiyyat fəaliyyəti” ilə məşğul olub.
Son xəbərlər
Son Xəbərlər