Rusiya Britaniya XİN-in bəyanatını tənqid etdi

rusiya-britaniya-xin-in-beyanatini-tenqid-etdi
Oxunma sayı: 1598

Rusiyanın Böyük Britaniyadakı səfirliyi Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin Dövlət Dumasına seçkilərlə bağlı bəyanatını tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb.

“Böyük Britaniya XİN-in Mətbuat xidmətininin 19-17 sentyabr tarixlərində Dövlət Dumasına keçirilən seçkilərlə bağlı bəyanatını Rusiyanın daxili işinə növbəti müdaxilə cəhdi kimi qəbul edirik. Bu fəaliyyətləri sivil millətlər dairəsində yolverilməz heab edirik”, - deyə səfirliyin məlumatında vurğulanıb. 

Qeyd edək ki, Britaniya XİN sentyabrın 20-də yaydığı bəyanatda Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə demokratik azadlıqların pozulduğunu iddia edib. Bəyanatda, həmçinin Dövlət Dumasına seçkilərin Krımda da təşkil olunması tənqid olunur.