Rusiya britaniyalı deputatlara sanksiya tətbiq etdi

rusiya-britaniyali-deputatlara-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 889

Rusiya Böyük Britaniya parlamentinin İcmalar Palatasının 287 üzvünə qarşı şəxsi sanksiyalar tətbiq edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilir ki, ölkə bu barədə qərarı Böyük Britaniya tərəfindən rusiyalı deputatlara qarşı sanksiya tətbiq edilməsinə cavab olaraq verib.

Məlumata görə, sanksiya tətbiq edilən sözügedən şəxslərə Rusiya ərazisinə daxil olmaq qadağan edilib.

Xatırladaq ki, Böyük Britaniya bu il martın 11-i 386 rusiyalı deputata qarşı sanksiya tətbiq edib.