Rusiya Britaniyanın hərbi attaşesini ölkədən çıxarır

rusiya-britaniyanin-herbi-attasesini-olkeden-cixarir
Oxunma sayı: 1283

Böyük Britaniya səfirliyinin nümayəndəsi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və cavab tədbiri olaraq hərbi attaşesini Moskvadan çıxarır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

“Mayın 16-da Böyük Britaniyanın Moskvadakı səfirliyinin nümayəndəsi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiyanın Londondakı səfirliyindəki hərbi attaşesi ilə bağlı mayın 8-də bu ölkənin hakimiyyət orqanlarının qəbul etdiyi qeyri-dost və əsassız qərarla bağlı kəskin etiraz edilib”, - nazirlikdən bildiriblər.

Qeyd olunub ki, Rusiyanın cavab tədbirləri yalnız britaniyalı diplomatın ölkədən çıxarılması ilə məhdudlaşmır, Moskva gələcək addımlar barədə Londonu məlumatlandıracaq. Rusiya XİN əlavə edib ki, Britaniya hərbi attaşesi bir həftə ərzində Rusiyanı tərk etməlidir.