“Rusiya ölkədə davam edən etiraz aksiyaları zamanı müxtəlif xarici nümayəndəliklərin fəaliyyətləri səbəbindən bir sıra ölkələrin diplomatlarını arzuolunmaz şəxs elan edib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, Rusiya bu cür hərəkətlərə dözmək niyyətində deyil.
“Diplomatların ölkədən çıxarılması Moskvadakı xarici nümayəndəliklərin qanunsuz iğtişaşlar fonunda apardıqları fəaliyyətlərin nəticəsi idi. Rusiya tərəfi buna dözmək niyyətində olmadığını açıq şəkildə nümayiş etdirdi”,- deyə Peskov qeyd edib.
Xatırladaq ki, ötən həftənin cümə günü Rusiya XİN 23 yanvarda Moskva və Sankt-Peterburqdakı qanunsuz aksiyalarda iştirak edən İsveç, Polşa və Almaniya diplomatlarını “persona non qrata” elan etdiyini açıqlamışdı. Müvafiq qərarla əlaqədar İsveç, Polşa və Almaniya Federativ Respublikasının səfirliklərinin nümayəndələri Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq onlara etiraz notası təqdim olunmuşdu.
Son xəbərlər
Son Xəbərlər