Rusiya bu dəfə Estoniyanın hava məkanını pozdu

rusiya-bu-defe-estoniyanin-hava-mekanini-pozdu-
Oxunma sayı: 1619

Estoniya Rusiyanın AN-26 hərbi təyyarəsinin ölkənin hava məkanını pozduğunu açıqlayıb.

“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, məsələ ilə əlaqədar olaraq Estoniya ordusunun baş qərargahı açıqlama yayıb.

"Rusiyanın AN-26 hərbi təyyarəsi saat 10:29-da Finlandiya körfəzində Vaindloo adası yaxınlığında Estoniya hava sahəsinə daxil olub. Təyyarə 1 dəqiqədən az bir müddət ərzində Estoniya hava sahəsində olub. Sərhədi pozan təyyarə uçuş məlumat xidməti ilə radio təmasına girməyib", - deyə açıqlamada bildirilir.

Rusiyanın Estoniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, ona hadisə ilə əlaqədar etiraz notası təqdim olunub.