Rusiya bu ölkə ilə eyni qrupda ola bilməz - UEFA-dan yeni qərar

rusiya-bu-olke-ile-eyni-qrupda-ola-bilmez
Oxunma sayı: 4886

UEFA özünün təşkil etdiyi turnirlərin püşakatmalarında Rusiya və Kosovo milli komandalarını eyni qrupa salmayacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə qərar qitənin ali qurumunun Fövqəladə Komissiyasının iclasında qəbul edilib.

Səbəb kimi iki ölkənin təmsilçiləri arasındakı oyunların keçirilməsi ilə bağlı təhlükəsizlik riskləri göstərilib.

Qeyd edək ki, 2021-ci ildə keçiriləcək qadınlararası Avropa çempionatının seçmə mərhələsində Rusiya və Kosovo milliləri eyni qrupa düşüb. Həmin görüşlərin isə neytral meydanda olacağı vurğulanıb.