Rusiya bu ölkələrə pulsuz taxıl tədarük edəcək

rusiya-bu-olkelere-pulsuz-taxil-tedaruk-edecek
Oxunma sayı: 8294

"Rusiya Afrika qitəsinə təmənnasız və kommersiya əsasında taxıl tədarükünü davam etdirəcək".

"Qafqazinfo" xarici KİV-ə istinadən  xəbər verir ki, bu barədə Rusiya-Afrika sammiti sonrası keçirilən mətbuat konfransı zamanı  Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Ölkəmiz afrikalı dostlara həm müqavilə əsasında, həm də pulsuz taxıl tədarük etməyə davam edəcək”, -  deyə Putin vurğulayıb.