“Belə bir təşəbbüsü üzərinə götürən Rusiya eyni zamanda ciddi məsuliyyət daşıyır. Çünki Rusiyanın Ermənistan üzərində çox böyük təsir imkanları var”
Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Rusiyanın təşəbbüsü ilə iyunun sonunda Qarabağla bağlı növbəti danışıqlar prosesinin başlamasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rusiya Ermənistanı asanlıqla sülhə məcbur edə bilər: “Söhbət Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından gedir. Rusiya bunu etməsə, onun üçün ciddi bir məğlubiyyət olacaq. Bu üzərinə götürdüyü missiyanın öhdəsindən gələ bilməmək kimi qiymətləndirilə bilər. Belə bir görüş olarsa, Rusiyadan Ermənistanı sülhə məcbur etməyi gözləyirik”.
Son xəbərlər
Son Xəbərlər