Rusiya bütün “Kalibr” daşıyıcılarını Qara dənizdən çıxardı

rusiya-butun-kalibr-dasiyicilarini-qara-denizden-cixardi
Oxunma sayı: 3881

“Qara dənizdə düşmənin 9 gəmisi döyüş növbətçiliyindədir, o cümlədən bir dənə də “Kalibr” qanadlı raket daşıyıcısı yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin mətbuat mərkəzi məlumat yayıb.

Eyni zamanda, Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Aralıq dənizində 10 Rusiya gəmisi var, onlardan 5-i “Kalibr” qanadlı raketlərin daşıyıcısıdır.