Rusiya Çernobıl AES-in sığınacağını vurdu - Video

rusiya-cernobil-aes-in-siginacagini-vurdu
Oxunma sayı: 2272

Fevralın 14-nə keçən gecə Rusiya ordusu pilotsuz uçuş aparatı ilə Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunun sığınacağına zərbə endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında açıqlayıb. 

Onun sözlərinə görə, hücum nəticəsində yanğın qeydə alınıb və sığınacağa zərər dəyib. Daha sonradan yanğın söndürülüb.

Zelenski xatırladıb ki, sözügedən sığınacaq Avropa və digər ölkələrlə birgə inşa edilib.