“Rusiya ciddi addımlar atır” - Məmədyarovdan Qarabağ açıqlaması

rusiya-ciddi-addimlar-atir
Oxunma sayı: 2510

Rusiya Dağlıq Qarabağdakı situasiyanı nizama salmaq üçün ciddi addımlar atır.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvada həmkarı Lavrovla görüşü zamanı deyib. Onun sözlərinə görə, Bakının qarşılaşdığı əsas problemlərdən biri Ermənistan-Azərbaycan arasındakı münaqişənin nizama salınmasıdır:

“Rusiya çox ciddi addımlar atır. Bu gün bu məsələni detallı şəkildə müzakirə etdik. Hər halda biz detalları müzakirə edəndə Sergey Viktoroviçin əhvalından hiss etdim ki, hansı istiqamətdə hərəkət etməliyik. Az-çox hansısa perspektivlər var.

Hazırda hər şey təkcə Azərbaycandan deyil, həmsədr kimi Rusiyadan da asılıdır. Əlbəttə, indi stolun üzərində olan təklifləri qəbul etmək üçün Ermənistan tərəfi də böyük rol oynamalıdır”.

Sergey Lavrov isə bildirib ki, Ermənistan və Azərbaycan Qarabağ münaqişəsinin nizama salınması üçün bir neçə əsas aspekt üzrə razılığa gəlməkdən çox uzaqdırlar.