Rusiya Böyük Britaniyanın 23 rus diplomatı ölkədən deportasiya etməsinə cavab olaraq oxşar addım atıb.
“Qafqazinfo” xəbər verir ki, Rusiya XİN-i Böyük Britaniya səfirliyinin 23 əməkdaşını persona non-qrata elan edib və bir həftə ərzində ölkəni tərk etmələrini tələb edib.
Bundan başqa, Moskva Sank-Peterburqda Britaniya baş konsulluğunun açılması ilə bağlı razılığına da geri götürüb.
Son xəbərlər
Son Xəbərlər