Rusiya daha bir ölkənin diplomatını geri göndərir

rusiya-daha-bir-olkenin-diplomatini-geri-gonderir
Oxunma sayı: 2397

Rusiya Albaniyanın Moskvadakı səfirinin birinci katibi Yonidu Droqunu "persona- non-qrata" elan edib.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, səfir Arben Qazioniyə göndərlmiş notaya əsasən Droqu Rusiyanı 72 saat ərzində tərk etməlidir.

Rusiya XİN-in məlumatına görə, belə bir addım Rusiyanın Tiranadakı səfirinin birinci katibinin "tamamilə uydurma bəhanə ilə" ölkədən çıxarılmasına cavab olaraq atılıb.

"Albaniya tərəfinin hərəkətlərini ölkədə seçkiqabağı kampaniya şəraitində Qərbdəki anti-Rusiya qüvvələrindən xal qazanmaq və dəstək almaq məqsədilə təxribat kimi qiymətləndiririk. Qarşılıqlı əlaqələrdə bu cür uyğunsuzluq təəssüf doğurur", - deyə Rusiya XİN-in məlumatında qeyd edilir.

Xatırladaq ki, ötən ay  rusiyalı diplomat Aleksey Krivoşeyev ölkədə karantin rejimi qaydalarını pozduğu əsas gətirilərək "persona-non-qrata" elan edilmişdi və ölkəni tərk etməsi üçün ona 72 saat vaxt verilmişdi.