“Rusiya danışıqlara qayıtmağa hazırdır”

rusiya-danisiqlara-qayitmaga-hazirdir
Oxunma sayı: 1366

“Kiyev hazır olduğunu bildirdikdə Rusiya Ukrayna ilə danışıqlara qayıtmağa hazırdır”.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Danışıqlar prosesini biz kəsməmişik, ukraynalı tərəfdaşlarımız onu dayandırmışdılar. Onlar danışıqlar masası arxasına qayıtmağa hazır olduqlarını bildirən kimi biz təbii ki, müsbət cavab verəcəyik. Əsas odur ki, müzakirə ediləcək bir şey olsun”, - deyə Rudenko əlavə edib.