“Rusiya delimitasiya ilə bağlı artıq öz ekspert qrupunu yaradıb”

rusiya-delimitasiya-ile-bagli-artiq-oz-ekspert-qrupunu-yaradib
Oxunma sayı: 1575

“Rusiya gözləyir ki, yaxın vaxtlarda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı əməli işə başlamaq mümkün olacaq".

“Qafqazinfo” xəbər verir ki, bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz ardıcıl olaraq Rusiyanın məsləhətçi köməyi ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və onun sonradan demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasının tərəfdarıyıq", - Zaxarova vurğulayıb.
Onun sözlərinə görə, eyni zamanda, sərhəddə sabitliyin və təhlükəsizliyin səviyyəsini artırmaq üçün addımlar atılmalıdır.

Zaxarova qeyd edib ki, bu məsələ Düşənbədə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü zamanı müzakirə olunub.

"Tərəfdaşlar milli nümayəndə heyətlərinin formalaşmasını başa çatdırmaq üzrə olduqlarını bildiriblər", - Zaxarova bildirib.

O qeyd edib ki, Rusiya artıq öz ekspert qrupunu formalaşdırıb.