Rusiya Dneprə raket zərbəsi endirib - Yaralılar var

rusiya-dnepre-raket-zerbesi-endirib
Oxunma sayı: 2085

Rusiya Ukraynanın Dnepr şəhərinin yaxınlığına raket zərbəsi endirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  nəticədə 5 nəfər yaralanıb.

Raket çoxmərtəbəli yaşayış binasına düşdüyü üçün yaralıların sayının artacağı ehtimal edilir.

Həmçinin, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Dneprdə Təhlükəsizlik Xidmətinin binası partlayış nəticəsində zədələnib.