“Rusiya Donetsk və Luqanska tam nəzarət etməyə çalışır”

rusiya-donetsk-ve-luqanska-tam-nezaret-etmeye-calisir
Oxunma sayı: 1560

Rusiya ordusu ölkənin şərqindəki Donetsk və Luqansk vilayətlərinə nəzarəti əldə saxlamağa çalışır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı açıqlama yayıb.

Ukrayna Baş Qərargahının Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov Luqansk vilayətində vəziyyətin ağır olduğunu bəyan edib:

“Ancaq biz vəziyyəti dəyişmək üçün bütün gücümüzlə çalışırıq”.

Rus ordusunun havadan və qurudan hücumlar təşkil etdiyini deyən Qromov qələbə üçün əllərindən gələni etdiklərini vurğulayıb:

"Tərəfdaş ölkələr tərəfindən müasir silahların tədarükü bizim qələbəmizi sürətləndirəcək".