Rusiya Donetskdə məktəbi atəşə tutdu, ölən var - Fotolar

rusiya-donetskde-mektebi-atese-tutdu-olen-var
Oxunma sayı: 2549

Donetsk vilayətinin Nikolaevka şəhərində Rusiya məktəb binasına zərbə endirib.

“Qafqazinfo” “Unian”a istinadən xəbər verir ki, raket zərbəsi nəticəsində 1 saylı orta məktəbin 3 mərtəbəli binası qismən dağılıb.

Xilasetmə əməliyyatları nəticəsində 1959-cu il təvəllüdlü qadının meyiti dağıntılar altından çıxarılıb.