Rusiya Dövlət Dumasında Dağlıq Qarabağa dair bəyanat layihəsinə baxılacaq

rusiya-dovlet-dumasinda-dagliq-qarabaga-dair-beyanat-layihesine-baxilacaq
Oxunma sayı: 5348

Rusiya Dövlət Duması bu gün keçiriləcək iclasda Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar hərbi əməliyyatların dayandırılmasına və münaqişənin sülh yolu ilə həll edilməsi məqsədi ilə vasitəçilik təklifinə dair bəyanat layihəsinə baxacaq.​ “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.

Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin hazırladığı bəyanata əsasən, aşağı palatanın deputatları “Dağlıq Qarabağ münaqişəsi zonasında çoxsaylı insan tələfatına səbəb olan vəziyyətin kəskin şəkildə kəskinləşməsi ilə bağlı ciddi narahatlıqlarını bildirirlər və tərəflərin güc tətbiqini qətiyyətlə pisləyirlər”.

Dövlət Duması “dərhal atəşkəsə ehtiyac olduğunu, regionda qarşıdurmanın artmasının yolverilməzliyini və vəziyyətin sülh yolu ilə həllinə alternativ olmadığını” bəyan etmək niyyətindədir. “Dövlət Dumasının deputatları tərəfləri ən qısa müddətdə danışıqlar prosesinə qayıtmağa çağırırlar və vəziyyətin sabitləşməsinə vasitəçilik etməyə hazırdırlar”, - mətndə deyilir.