Rusiya Dövlət Dumasının sədri Azərbaycana gələcək

rusiya-dovlet-dumasinin-sedri-azerbaycana-gelecek
Oxunma sayı: 1441

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək.

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, Dövlət Dumasının sədrinin səfəri iyunun 24-ə planlaşdırılıb.

Səfər zamanı V.Volodin Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirəcək, ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq.