“Rusiya Federasiyası bütün dünyada ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının (STRATCOM) rəhbəri, general Entoni Kotton deyib.
Kottonun sözlərinə görə, bu qənaətə gəlməyə səbəb ötən il Rusiyada “RS-28 Sarmat” qitələrarası ballistik raketinin döyüş növbətçiliyinə yerləşdirilməsi olub.
“Bundan əlavə, Rusiya Federasiyası qanadlı raketləri daşıyan nüvə sualtı qayıqlarını yaratmağa və qəbul etməyə davam edir. O, öz nüvə potensialını müasirləşdirir və genişləndirir”, - o vurğulayıb.
General bildirib ki, bu ölkənin nüvə arsenalına müxtəliflik və çeviklik əlavə edən “Kinjal” və “Zirkon” hipersəs raket sistemləri də daxildir.