Rusiya Ebolaya 40 milyon dollar ayırıb

rusiya-ebolaya-40-milyon-dollar-ayirib
Oxunma sayı: 722


“Qafqazinfo”nun məlumatına görə, Azərtac BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, sənədə görə, Rusiya BMT-nin Baş katibi tərəfindən yaradılan Ebola əleyhinə Mübarizə Fonduna 1 milyon dollar keçirəcək.

BMT Baş katibinin Ebola üzrə xüsusi elçisi Devid Nabarro həmrəyliyə, Ebola əleyhinə mübarizə üzrə fəaliyyətin xüsusi maliyyələşdirmə mexanizmi olan Fondda iştirakına görə Rusiya hökumətinə və xalqına minnətdarlığını bildirib. D.Nabarro “RUSAL” şirkətinin köməyi ilə Qvineyada açılmış Mikrobioloji tədqiqatlar və epidemioloji xəstəliklərin müalicəsi mərkəzini də yada salıb.

V.Çurkin bildirib ki, onun ölkəsi Qərbi Afrikada Ebola epidemiyası ilə bağlı böhranın aradan qaldırılması üzrə beynəlxalq təşəbbüslərdə fəal iştirak edib. O deyib: “Çox şadıq ki, beynəlxalq birliyin səyləri uğurlu olub və Rusiya bu uğurun əldə olunmasında layiqli rol oynayıb”.

Rusiyanın Ebola qızdırması əleyhinə mübarizəyə ayırdığı vəsaitin ümumi məbləği 40 milyon dolları ötüb.