Rusiya Ərdoğanı parada dəvət etdi

rusiya-erdogani-parada-devet-etdi
Oxunma sayı: 1775

Rusiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2020-ci ildə keçiriləcək Qələbə Gününə dəvət edib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “İzvestiya” Rusiyanın Ankaradakı səfirliyinə istinadən xəbər verib. Rəsmi dəvət Türkiyə liderinə müəyyən olunmuş qaydada çatdırılıb.

Qarşı tərəf Ərdoğanın Moskvada Qələbə Gününə qatılıb-qatılmayacağını hələ təsdiqləməyib.

Qeyd edilir ki, daha əvvəl heç bir Türkiyə lideri Moskvaya paradda iştirak etmək üçün səfər etməyib.