“Rusiya Ermənistan-Türkiyə dialoqunu dəstəkləyir”

rusiya-ermenistan-turkiye-dialoqunu-destekleyir
Oxunma sayı: 1542

“Rusiya Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləməyə davam edir”.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib. 

Onun sözlərinə görə, Rusiya gələcəkdə də Ermənistan-Türkiyə dialoquna hər cür töhfə verməyə hazırdır: “Bu, regionun maraqlarına, sabitliyinə və iqtisadi cəhətdən çiçəklənməsinə cavab verir”.