“Rusiya Ermənistanın təkliflərini Azərbaycana çatdıracaq” - Lavrov

rusiya-ermenistanin-tekliflerini-azerbaycana-catdiracaq
Oxunma sayı: 2532

“Rusiya demarkasiya üzrə komissiya ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana çatdıracaq”.

“Qafqazinfo” “TASS”a istinadən  xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya sözügedən komissiyanın yaradılması məsələsinin tezliklə həll olunacağına inanır.

“Dünən axşam erməni həmkarımla danışdım. Onun yeni təklifləri var və biz onları Bakıya çatdıracayıq”, - deyə Lavrov söyləyib.