Rusiya filmlərinə qadağa qoyuldu

rusiya-filmlerine-qadaga-qoyuldu
Oxunma sayı: 1390


“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, qadağa Rusiya hüquq-mühafizə orqanları, silahlı qüvvələri, digər hərbi və ya güc qüvvələrindən bəhs edən filmlər üçün nəzərdə tutulub.  

Deputat Oleq Lyaşkonun fikrincə, təcavüzkar ölkələrin serialları Ukrayna kanallarında yayımlana bilməz: “Çünki bu, ölkəni hazırda müdafiə edən şəxslərin ruhuna tüpürmək olardı”.

Qeyd edək ki, qanun 2014-cü ilin yanvarın 1-nə qədər istehsal olunan filmlərə aid edilməyəcək.