Martın 29-u Fransanın “Stad de Frans“ stadionunda keçiriləcək Rusiya-Fransa yoldaşlıq oyunu polis və snayperlərin nəzarəti altında baş tutacaq.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Parisin ictimai asayişin qorunması və yol hərəkətinin tənzimlənməsi üzrə qərargahının rəhbəri Loran Simonen məlumat verib.
Simonen “Stadionda snayperlər olacaq. Stadionun ətrafında və arenda isə elit polis bölmələri yerləşdiriləcək " deyib.
Onun sözlərinə görə, baş tutacaq oyunda 400-ə yaxın polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları ictimai asayişin mühafizəsini təmin edəcək.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər