“Rusiya G7 sammitində iştirak etməlidir” - Gözlənilməz dəvət

rusiya-g7-sammitinde-istirak-etmelidir
Oxunma sayı: 1732

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Rusiya yenidən G8-in tərkibinə daxil edilməlidir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Blumberq agentliyi məlumat yayıb. ABŞ lideri bu bəyanatı G7 sammitində iştirak üçün gedəcəyi Kanada səfərindən öncə verib. Tramp, həmçinin bəyan edib ki, Rusiya G7 sammitində də iştirak etməlidir. 

ABŞ prezidenti belə bir bəyanatla Almaniya kansleri Angela Merkelin Rusiyanın G8-ə qayıtmasının mümkünsüzlüyü ilə bağlı dediyi sözlərdən sonra çıxış edib.  

Qeyd edək ki, Rusiya Almaniya, ABŞ, Kanada, Yaponiya, Fransa, Böyük Britaniya və İtaliyanın daxil olduğu "Böyük səkkizlik" ölkələri siyahısından 2014-cü ildə Krımın Rusiyaya ilhaqından və Donbassda hərbi əməliyyatlara başlamasından sonra çıxarılmışdı. 

G7 sammitinin iştirakçıları bildiriblər ki, rəsmi Moskva siyasətini dəyişməyəcəyi halda onunla bir yerdə toplanmaq istəmirlər.