Rusiya gələn il Ukraynaya ifaçı göndərəcək? - Peskovdan açıqlama

rusiya-gelen-il-ukraynaya-ifaci-gonderecek
Oxunma sayı: 1162

Rusiyanın “Evrovision”da iştirakı ilə bağlı qərar Kremldə qəbul edilmir.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri prezidentin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov Rusiyanın gələn il Ukraynada keçiriləcək yarışmaya ifaçı göndərib-göndərməyəcəyi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib:

“Deyə bilmərəm, inanın mənə, bu qərarlar Kremldə qəbul edilmir. Bir daha deyirəm, bu situasiyada şərh edəcəyim heç nə yoxdur”.

Peskov, həmçinin, yarışmanın nəticəsini və onun siyasiləşməsi ilə bağlı iddiaları şərh etməkdən imtina edib.