Rusiya gəmiləri Ukrayna sahillərindən 100 kilometrdən çox uzaqlaşıb

rusiya-gemileri-ukrayna-sahillerinden-100-kilometrden-cox-uzaqlasib
Oxunma sayı: 1689

Ukrayna ordusunun raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Rusiya donanmasına aid gəmilər Ukrayna sahillərindən 100 kilometrdən çox uzaqdadır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna Hərbi Dəniz Qüvvələri açıqlama yayıb.

Açıqlamada Rusiyanın Qara dənizin şimal-qərb bölgələrinə nəzarəti bərpa etmək üçün Krım yarımadası bölgəsi və Xerson şəhərində raket sistemləri yerləşdirdiyi bildirilib.

Qeyd olunub ki, Qara dənizdən Ukraynaya qarşı raket hücumu təhlükəsi davam edir:

“İşğalın əvvəlindən indiyədək düşmən gəmiləri və sualtı qayıqları Ukrayna ərazisinə 300-dən çox raket atıb”.

“Hazırda hücumların intensivliyi ilə “Kalibr” tipli qanadlı raketlər azalıb, düşmən gəmi əleyhinə raketlərlə yer hədəflərini vurmağa başlayıb. Bu, yəqin ki, Rusiyanın əhəmiyyətli miqdarda müasir raket silahlarından istifadə etdiyini və köhnə tipli raketlərdən istifadə etmək məcburiyyətində olduğunu göstərir. Biz Rusiyanın Qara dəniz donanmasını Qara dənizin şimal-qərb hissəsinə tam nəzarətdən məhrum etdik”, - deyə bəyanatda bildirilir.