“Rusiya güclü vasitəsçilik potensialına malikdir”

rusiya-guclu-vasitescilik-potensialina-malikdir
Oxunma sayı: 643

“Qafqazinfo”nun salamnews-a istinadən məlumatına görə, bu sözləri Ümumrusiya Azərbaycanlıları Konqresinin təşkil etidiyi “Rusiya və Azərbaycan yeni inkişaf yolunda” adlı konfransda çıxışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında həll edilməsinin tərəfdarıdır. Lakin Azərbaycanın sülh danışıqlarına sadiqliyini nümayiş etdirdiyi bir zamanda Ermənistan tərəfinin təxribatlarının cavabsız qalacağını düşünmək düzgün olmazdı.

Rusiyanın münaqişənin həllindəki roluna toxunan səfir, rəsmi Moskvanın bu mürəkkəb problemin həllində ən yüksək səviyyədə vasitəçilik həyata keçirdiyini vurğulayıb.

Polad Bülbüloğlu deyib: “Rusiya güclü vasitəsçilik potensialına malikdir, bu səbəbdən ATƏT-in Minsk qrupuna daxil olan digər dövlətlərə nisbətən daha çox fəallıq nümayiş etdirir. Biz Rusiya münaqişənin həlli prosesinə töhfə verə biləcəyini düşünürük. Əks halda, münaqişənin hərbi yolla həlli, təkcə münaqişçə tərəflərinə deyil, həmçinin, bütün region ölkələrinə təsir göstərəcəyini düşünürəm”.