Rusiya Gürcüstanla quru sərhədini açdı

rusiya-gurcustanla-quru-serhedini-acdi
Oxunma sayı: 2870

Rusiyadan Gürcüstana sərhədi keçmək üçün anti-COVID məhdudiyyətləri aradan qaldırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin müvafiq sərəncamı çərşənbə axşamı hüquqi informasiya portalında dərc olunub.

Rusiya hökumətinin Rusiyanın dövlət sərhədindən avtomobil, dəmir yolu, piyada, çay və qarışıq keçid məntəqələri vasitəsilə nəqliyyatın hərəkətini müvəqqəti məhdudlaşdıran, eyni zamanda istisnaların siyahısını müəyyən edən 27 mart 2020-ci il tarixli qərarına dəyişikliklər edilib.

Sənədə əsasən, məhdudlaşdırıcı tədbirlər artıq Gürcüstana səfər edən Rusiya vətəndaşlarına şamil edilmir.
Bundan əlavə, ümumilikdə, dəniz və hava keçid məntəqələri vasitəsilə çıxışlar açılıb.