“Rusiya hakerliklə dövlət səviyyəsində məşğul olmur” - Putin

rusiya-hakerlikle-dovlet-seviyyesinde-mesgul-olmur
Oxunma sayı: 658

Rusiya dövlət səviyyəsində hakerliklə məşğul olmur.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə deyib: “Hakerlər istənilən yerdən, dünyanın istənilən ölkəsindən çıxa bilərlər”. 

Prezident hakerləri azad fəaliyyət baxımından rəssamlarla müqayisə edib. Onun sözlərinə görə, ən önəmlisi odur ki, Rusiya bu işlə dövlət səviyyəsində məşğul olmur. 

Putin əminliklə vurğulayıb ki, heç bir haker digər ölkədə baş tutan seçki kampaniyasının gedişinə əsaslı təsir edə bilməz.