“Rusiya Olimpiada zamanı Ukraynaya hücum edə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan cümə günü keçirdiyi brifinqdə bildirib.
“Əvvəlcə dediyimiz kimi, indi Putinin əmr verəcəyi təqdirdə müharibənin hər an baş verə biləcəyi məqamdır”, - Sallivan deyib. O, kəşfiyyat məlumatları verməkdən imtina edib:
“Müharibənin Olimpiadadan sonra baş verə biləcəyi ilə bağlı fərziyyələrə baxmayaraq, mən açıq şəkildə bunun Olimpiada zamanı da baş verə biləcəyini deyirəm".
Sallivan qeyd edib ki, Rusiya istənilən gün Ukraynaya qarşı böyük hərbi əməliyyata başlamağa qadirdir və əgər bunu edərsə, o, mülki əhalinin ölümünə səbəb ola biləcək havadan bombardman və raket hücumları ilə başlayacaq, daha sonra isə quru əməliyyatı olacaq.
Son xəbərlər
Son Xəbərlər