Rusiya helikopterləri Azərbaycanda təmir olunacaq

rusiya-helikopterleri-azerbaycanda-temir-olunacaq
Oxunma sayı: 1092

Azərbaycanda Rusiya istehsalı olan helikopterlərin təmiri və texniki xidmət üçün servis mərkəzinin inşasına başlanılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” agentliyinə “Rusiya helikopterləri” (“Rostex”in tərkibinə daxildir) holdinqinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün Azərbaycanda operatorlara hərtərəfli texniki dəstək göstərə bilən və Rusiyanın “Mi” helikopterlərinin yüksək səviyyədə uçuşa yararlı olmasını təmin edən müasir bir xidmət mərkəzinin təşkili istiqamətində böyük bir addım atıldı. Bu iş, mövcud bölgələrdə xidmət mərkəzləri şəbəkəsinin genişləndirilməsini nəzərdə tutan “Rostex” Dövlət Aviasiya Klaster Strategiyasının bir hissəsi olaraq həyata keçirilir”, -deyə “Rusiya helikopterləri” holdinqinin baş direktoru Andrey Boqinski bildirib.

Qeyd edək ki, Bakıda “Rusiya helikopterləri” mərkəzinin açılması ilə bağlı razılaşma sentyabrda, ADEX- 2016 sərgisində imzalanıb. Saziş, həmçinin Rusiya və Sovet helikopterlərinə texniki xidmət və təmir xidmətləri göstərmək üçün Helikopter Xidmət Mərkəzi texnologiyalarının təhvil verilməsini də nəzərdə tutur.