“Rusiya BMT-nin təsisçi ölkələrindən biri kimi bu təşkilatı həmişə dəstəkləyib. BMT unikal təşkilatdır”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BMT-nin Baş katibi Antonio Quttereşlə görüşündə deyib.
"Rusiya Birləşmiş Millətlər Təşkilatının təsisçi ölkələrindən biri və Təhlükəsizlik Şurasının daimi üzvü kimi həmişə bu universal təşkilatı dəstəkləyib. Biz inanırıq ki, bu təşkilat sadəcə universal deyil, həm də öz təyinatına görə unikaldır. Beynəlxalq ictimaiyyətdə başqa belə bir təşkilat yoxdur. Biz onun əsaslandığı prinsipləri qətiyyətlə dəstəkləyirik. Bunu gələcəkdə də etmək niyyətindəyik”, - Putin deyib.
Son xəbərlər
Son Xəbərlər