Rusiya Hərbi Dəniz Donanmasının (HDD) baş komandanlığının nümayəndə heyəti Azərbaycana səfər edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat yayıb.
Səfərin məqsədi Azərbaycanda 1-10 avqust tarixlərinə keçiriləcək “Dəniz Kuboku-2017” beynəlxalq müsabiqəyə hazırlıq prosesini müzakirə etməkdir.
Rusiya HDD baş komandanlığının nümayəndə heyətinə Döyüş Hazırlığı İdarəsinin rəisi kontr-admiral Viktor Koçemazov rəhbərlik edir.
Son xəbərlər
Son Xəbərlər