Dmitri Medvedevin rəhbərlik etdiyi Rusiya hökuməti istefaya gedib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Konstitusiyaya əsasən, prezident rəsmi şəkildə elan olunduqdan sonra əvvəlki hökumət tam tərkibdə istefaya göndərilir.
"Financial Times” qəzetinin məlumatına görə, 4-cü dəfə prezident olan Vladimir Putin bu dəfə baş nazirin müavini postuna keçmiş maliyyə naziri Aleksey Kudrini gətirəcək. Baş nazir isə yenidən Dmitri Medvedev olacaq.
Nuranə
Son xəbərlər
Son Xəbərlər