Rusiya İctimai Televiziyasının rəhbəri dünyasını dəyişdi

Rusiya İctimai Televiziyasının rəhbəri dünyasını dəyişdi
Oxunma sayı: 2503

Rusiya İctimai Televiziyasının rəhbəri, telejurnalist Anatoli Lısenko dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Milli Televiziya və Radio Yayımları Assosiasiyasının prezidenti Eduard Saqalayev bildirib.

Lısenko 84 yaşında vəfat edib.

Rusiya Prezidenti Vladimir Putin onun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, mərhum telejurnalist 2002-ci ildən “Beynəlxalq Televiziya və Radio Akademiyası” Beynəlxalq ictimai təşkilatın prezidenti, 2012-ci ildən “Rusiyanın İctimai Televiziyası” MQT-nin baş direktoru vəzifəsini tuturdu.