Rusiya İdlibi bombaladı - 8 ölü

rusiya-idlibi-bombaladi
Oxunma sayı: 646

ABŞ-ın Əsəd rejiminə aid aviabazasını bombalanmasından sonra Rusiyaya məxsus hərbi təyyarələr İdlib şəhərinə hava zərbələri endirib.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər  verir ki, qırıcılar Hayiş bölgəsini bombalayıblar. Hücumlar nəticəsində 8 dinc sakin ölüb, çox sayda insan yaralanıb. Ölənlərin hamısının eyni ailədən olduğu bildirilib.

Aviazərbələrin endirildiyi bölgədə Hama şəhərindən gələn qaçqınlar məskunlaşıb.