“Rusiya İl-76 qəzasında ölənlərin cəsədlərini verməyə hazırdır”

rusiya-il-76-qezasinda-olenlerin-cesedlerini-vermeye-hazirdir
Oxunma sayı: 1596

“Rusiya İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin cəsədlərini Ukraynaya verməyə hazırdır”.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İnsan hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova açıqlayıb.

Onun sözlərinə görə, Rusiya sözügedən təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların şəxsiyyətlərinin təyin edilməsi üçün bütün DNK məlumatlarına sahibdir: “Cəsədləri Ukraynaya verməyə hazırıq. Onlar mövcud prosedurlara uyğun olaraq təhvil verilə bilər”.

O, bununla belə burada söhbətin hansı prosedurlardan getdiyini açıqlamayıb. 

Xatırladaq ki, yanvarın 24-ü Rusiyanın Belqorod vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 65 ukraynalı hərbi əsir, 6 ekipaj üzvü və 3 müşayiətçi olub. Onların hər biri qəza zamanı həlak olub. Rusiyanın İstintaq Komitəsi hazırda məsələ ilə bağlı araşdırmanı davam etdirir.