Rusiya İlan adasını fosfor bombaları ilə vurdu - Video

rusiya-ilan-adasini-fosfor-bombalari-ile-vurdu
Oxunma sayı: 3827

Rusiyaya məxsus bir cüt Su-30 döyüş təyyarəsi İlan adasını qadağan olunmuş fosfor bombaları ilə bombalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib.

“Bu gün saat 18:00 radələrində Bilbek aerodromundan Rusiya Silahlı Qüvvələrinə məxsus bir cüt Su-30 təyyarələri iki dəfə fosfor bombaları ilə İlan adasına hava zərbəsi endirib”, - deyə o bildirib.