Rusiya ilə BMT arasında “Taxıl sazişi” üzrə məsləhətləşmələr bu tarixdə olacaq

rusiya-ile-bmt-arasinda-taxil-sazisi-uzre-meslehetlesmeler-bu-tarixde-olacaq
Oxunma sayı: 1556

İyunun 9-da Cenevrədə Rusiya və BMT arasında “Taxıl sazişi” çərçivəsində memorandum üzrə məsləhətləşmələrin növbəti mərhələsi keçiriləcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Serey Verşinin jurnalistlərə bildirib.

“Biz ayın 9-da Cenevrədə idarələrarası formatda məsləhətləşmələrin növbəti raundu haqqında razılığa gəldik”, - deyə o qeyd edib.

Xarici işlər nazirinin müavini əlavə edib ki, BMT adından məsləhətləşmələrdə Ticarət və İnkişaf Təşkilatının (UNCTAD) baş direktoru Rebekka Qrinspan iştirak edəcək.