“Rusiya ilə danışıqlar prosesi mürəkkəbləşib“

rusiya-ile-danisiqlar-prosesi-murekkeblesib
Oxunma sayı: 3858

Ukrayna Prezidenti Aparatı rəhbərinin müavini Podolyak Buça, Mariupol, Volnovaxadan sonra Rusiya ilə danışıqlar prosesinin xeyli mürəkkəbləşdiyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini Mixail Podolyak milli televiziyaya bildirib ki, Rusiya ordusunun Mariupol, Buça, Volnovaxa şəhərində törətdiyi hərbi cinayətlərdən sonra Ukrayna və Rusiya nümayəndə heyətləri arasında müharibəyə son qoymaq üçün danışıqlar prosesi xeyli mürəkkəbləşib.

Podolyak Rusiyadan Mariupoldan Berdyanska humanitar dəhliz açmağı tələb etdiklərini də bəyan edib və rusların bununla razılaşmadığını, Rusiya ilə sivil dialoqun mümkün olmadığını bildirib.