“Rusiya ilə danışıqlara hazırıq” - Zelenski

rusiya-ile-danisiqlara-haziriq
Oxunma sayı: 1275

Ukrayna prezidenti Vladimir Zelenski Donbassdakı vəziyyətlə bağlı Rusiya ilə danışıqlara hazır olduğunu bildirib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Zelenski bu barədə NATO baş katibi Yons Stoltenberqlə Brüsseldəki görüşündə deyib.

O əlavə edib ki, rəsmi Kiyev Minsk sazişini yerinə yetirməyə də hazırdır. Bununla belə, Ukrayna özünü siyasi, iqtisadi, hərbi sahələrdə gücləndirməlidir.

“Özümüzü müdafiə etmək gücündə olmalıyıq”, - deyə Zelenski bildirib.